ECDL tədris planı "Təməl modullar", "Aralıq modullar" və "Qabaqcıl modullar" kimi üç kateqoriyaya bölünür:
Təməl modullar |
Aralıq modullar |
Qabaqcıl modullar |
- Kompüterin əsasları
- İnternetin əsasları
- Mətnlərin emalı
- Elektron cədvəllər
|
- Təqdimatlar
- Verilənlər bazaları
- İnformasiya təhlükəsizliyi
- Layihə planlaşdırması
- Onlayn əməkdaşlıq
- Görüntülərlə iş
- Veb-proqramlaşdırma
- İkiölçülü kompüter-dəstəkli layihələndirmə
- Tibbi informasiya sistemlərindən istifadə
- İKT təhsildə
- Rəqəmsal ticarət
|
- Genişlənmiş mətn emalı
- Genişlənmiş elektron cədvəllər
- Genişlənmiş verilənlər bazaları
- Genişlənmiş təqdimatlar
|
ECDL sertifikatlaşması test mərkəzlərində aparılır. Bu mərkəzlər orta və ali məktəblərdə, tədris mərkəzlərində, kadr hazırlığı mərkəzlərində və digər müəssisələrdə yaradıla bilər. Test mərkəzləri test imtahanlarını keçirərək beynəlxalq sertifikatlar vermək səlahiyyətinə malikdir. Bir çox ölkələrdə dövlət qulluğuna işə qəbul zamanı ECDL sertifikatının olması məcburidir. Beynəlxalq qurumlar da ECDL sertifikatlarına xüsusi önəm verir.
ARAŞDIRAQ — öyrənək
- İnternetdən ECDL sertifikatları haqqında əlavə məlumat toplayın. Hansı ölkələrdə bu sertifikat kompüter savadlılığını göstərən əsas sənəd hesab olunur? İnformatika kursunda ECDL tədris planına daxil olan modulların hansılarını öyrənmisiniz?
- Siz - bu günün gəncləri kimi 50 il bundan sonrakı cəmiyyəti necə təsəvvür edirsiniz? Bu sual üzərində düşünün və fikirlərinizi hər hansı formada təqdim edin.
Özünüzü yoxlayın
- “İnformasiya mədəniyyəti” anlayışını izah edin.
- Kompüter savadlılığı insanda hansı bilik və vərdişlərin olmasını tələb edir?
- ECDL nədir?
- Sizcə, informasiya cəmiyyətində “mədəni insan” daha nələri bilməlidir?