İlkin yoxlama
- İnternet xidməti dedikdə nə nəzərdə tutulur?
- Bunlardan hansı internet xidməti deyil?
a) IP-Phone
b) FTP
c) LAN
d) WWW
- Elektron poçt və telekonfrans xidmətlərinin fərqi nədədir?
- Bunlardan hansı informasiya inqilabının mərhələsi deyil?
a) yazının meydana gəlməsi
b) kitab çapının ixtirası
c) telefonun ixtirası
d) mikroprosessorların ixtirası
- Elektron məktubda qoşma nəyə deyilir və nə üçün məktuba qoşmalar əlavə olunur?
- Spam nədir?
a) elektron poçtun qoşması
b) tanımadığınız ünvandan gələn gərəksiz məlumat
c) virus proqramı
d) kommunikasiya qurğusu
- Bunlardan hansı elektron poçt ünvanı ola bilər?
a) ab.cd@mail.az
b) abcd@gmail
c) abcd$box.az
d) ab cd@box.az
- Adresat kimdir?
a) elektron poçt ünvanı
b) məktub göndərən şəxs
c) məktubun ünvanlandığı şəxs
d) veb-saytın ünvanı
- Ümidsizliyi bildirmək üçün hansı smaylikdən istifadə edilir?
a) :-(
b) :-)
c) :-0
d) :-((((
- "İnternet informasiya xəzinəsidir" mülahizəsini doğru hesab edirsinizmi?