İnsan cəmiyyətinin inkişafı informasiya mübadiləsinin vasitə və metodlarının inkişafı ilə müşayiət olunur. İstənilən böyük və ya kiçik insan qrupu üçün ictimai (sosial) münasibətlər sistemi xarakterikdir. Bura əxlaqi, hüquqi, əmlak, iqtisadi, istehsal, texnoloji və başqa növ münasibətlər daxildir. Onların hər biri informasiya mübadiləsinə əsaslanır, ancaq ictimai inkişafın müxtəlif mərhələləri üçün fərqli sosial münasibətlər və buna uyğun olaraq informasiya mübadiləsinin fərqli vasitə və metodları xarakterikdir.