Kanalın ötürücülük qabiliyyəti onun texniki parametrlərindən asılıdır; məsələn, telefon xətlərinin ötürücülük qabiliyyəti on və yüzlərlə kbit/san ilə ölçülür. Optik lif və radiorabitə xətlərinin ötürücülük qabiliyyəti isə yüzlərlə Mbit/san-yə çatır.
Rabitə kanallarının ötürmə sürətinə aid məsələlərlə tanış olaq.
Məsələ 1.
ADSL-bağlantı vasitəsilə verilənlərin ötürülmə sürəti 128 000 bit/san-dir. Bu bağlantıda 625 Kbayt həcmli fayl neçə saniyəyə ötürülər?
Həlli:
Hesablamaların rahatlığı üçün hər iki ədədi 2-nin qüvvəti şəklində
bitlərlə ifadə edək:
v = 128000 bit/san = 128×1000 bit/san = 27×125×8
bit/san = 27×53×23 bit/san =
210×53 bit/san.
Q = 625 Kbayt = 54 Kbayt = 54×210 bayt = 54×213 bit. İnformasiyanın ötürülməsinə sərf olunan zamanı hesablamaq üçün faylın həcmini ötürülmə sürətinə bölmək lazımdır:
t = Q
V = 54×213bit
53×210bit/s
= 40 san.
Məsələ 2.
640×480 ölçülü rəngli rastr görüntüsündə hər pikselin rəngi 3 baytla kodlaşdırılmışdır. Sürəti 28 800 bit/san olan modem bu görüntünü nə qədər vaxta ötürə bilər?
Həlli:
FƏALİYYƏT3
Məsələləri həll edin.
Hazırda ən vacib problemlərdən biri informasiyanın ötürülməsi zamanı onun qorunmasıdır, çünki rabitə xəttində olan müxtəlif küylər (uğultular) informasiyanın təhrif olunmasına, hətta onun itməsinə səbəb ola bilər. Başqa bir problem informasiyanın oğurlanmaqdan qorunmasıdır. Bu problemlə bağlı növbəti dərslərdə ətraflı danışılacaq.