ADDIM -ADDIM 2
Veb-səhifəyə hiperistinadların əlavə edilməsi
- Notepad proqramını başladın və "İçərişəhər" veb-faylını açın.
- Sonuncu abzasdakı "Şirvanşahlar saray kompleksi" ifadəsini tapın və onu aşağıdakı kimi dəyişdirin.
<A HREF="shirvanshahlar_sarayi.htm ">Şirvanşahlar saray kompleksi</A>
- Faylı yazıb saxlayın.
- Faylı brauzer proqramında açın və sonuncu abzasdakı "Şirvanşahlar saray kompleksi" ifadəsinin hiperistinad kimi seçdirilmiş olmasına diqqət edin.
- Həmin hiperistinadı çıqqıldadın. "Şirvanşahlar sarayı" veb-səhifəsi açılacaq.
- Brauzerin Back (Geri) düyməsi vasitəsilə baş səhifəyə qayıdın.