Veb-səhifəni başqa sənədlərlə əlaqələndirmək üçün <A> teqindən və onun HREF atributundan istifadə etmək olar.
<A HREF="file_name">İstinad göstəricisi</A>
Burada file_name faylın yolunu və ya onun İnternetdə URL-ünvanını göstərir. URL-ünvan mütləq və ya nisbi ola bilər. Sənədin mütləq URL-ünvanı onun yerləşdiyi kompüteri, qovluğu və faylı tam təyin edir.
Brauzer istinad göstəricisini altcizgi və xüsusi rənglə seçdirir. Siçanın göstəricisini onun üzərinə apardıqda göstərici "əl" simgəsinə çevrilir. Bu zaman siçanın sol düyməsini çıqqıldatdıqda hiperistinadda göstərilən sənədə keçid baş verir.
Yalnız mətn deyil, görüntü də istinad göstəricisi ola bilər. Bu halda istinad göstəricisi <IMG> teqi vasitəsilə verilir.