- Faylı brauzer proqramında açın və dəyişikliyi izləyin.
ARAŞDIRAQ — öyrənək
- "Qız qalası" haqqında "İçərişəhər" səhifəsinə bənzər veb-səhifə yaradın. Abidə haqqında müəyyən faktları (memarı, tikilmə tarixi, üslubu və s.) nişanlanmış siyahı şəklində göstərin. Yeni səhifəni "İçərişəhər" səhifəsini saxladığınız qovluqda qiz_qalasi. htm adı ilə saxlayın.
- "Şirvanşahlar sarayı" haqqında veb-səhifə yaradın. Səhifəyə sarayın müasir və tarixi şəkillərini də əlavə edin. Yeni səhifəni "İçərişəhər" səhifəsini saxladığınız qovluqda
shirvanshahlar_sarayi.htm adı ilə saxlayın.
Özünüzü yoxlayın
- Atributlu teq nədir və onlardan nə zaman istifadə olunur?
- Teqin atributları harada yazılır?
- Rəng sxemi nədir və hansı atributlarla verilir?
- Şrift teqi hansıdır və onun hansı atributları var?
- Səhifəyə görüntü hansı teqlə əlavə edilir?