Veb-səhifələrə görüntünü yerləşdirmək üçün GIF, JPEG və PNG formatlı qrafik fayllardan istifadə edilir. Görüntülər veb-səhifəyə <IMG> teqi və SRC atributu vasitəsilə daxil edilir. <SRC> atributu qrafik faylın adını və yerini brauzerə bildirir.
<IMG SRC="icherisheher.png">
Görüntünün səhifədə üfüqi istiqamətdə düzləndirilməsi <P> teqində verilir. Əgər görüntü ilə birlikdə onun adının da əks edilməsini istəyirsinizsə, bunu <ALT> teqində göstərmək lazımdır. Görüntünün ölçülərini WIDTH (en) və HEIGHT (hündürlük) atributları vasitəsilə tənzimləmək olar.
Görüntünün mətnə nəzərən necə yerləşməsini tənzimləmək üçün ALIGN atributunun "top", "bottom", "middle", "left" və ya "right" qiymətlərindən istifadə edilir.
ADDIM -ADDIM 3
Veb-səhifəyə görüntünün əlavə edilməsi
Mətnin fraqmentini seçdirmək üçün <FONT> teqindən istifadə edilir. FACE atributu şrift qarniturunu, COLOR atributu rəngi, SIZE atributu isə simvolların ölçüsünü müəyyənləşdirir.
ADDIM -ADDIM 4
Veb-səhifənin mətninin formatlanması