Veb-səhifədə rəng vermək üçün ya rəngin adını, ya da onun onaltılıq kodunu göstərmək lazımdır. Aşağıdakı cədvəldə bəzi rənglərin nümunəsi verilib:
Rəng | Kodu | Adı | Rəng | Kodu | Adı |
qara | #000000 | black | bənövşəyi | #FF00FF | magenta |
ağ | #FFFFFF | white | firuzəyi | #00FFFF | cyan |
qırmızı | #FF0000 | red | sarı | #FFFF00 | yellow |
yaşıl | #00FF00 | green | qızılı | #FFD800 | gold |
göy | #0000FF | blue | narıncı | #FFA500 | orange |
boz | #808080 | gray | qonur | #A82828 | brown |
Veb-səhifənin rəng sxemi dedikdə fonun, mətnin, hiperistinadların rəngi nəzərdə tutulur. Veb-səhifənin əsas rəng sxemini <BODY> teqində aşağıdakı atributların köməyi ilə vermək olar:
Səhifənin bütün sahəsini örtən teksturadan istifadə olunması, birrəngli fonun tətbiq edilməsi gərəksiz görünə bilər. Məlumdur ki, mətnə nisbətən rəsmlər bir az ləng yüklənir. Bu müddətdə səhifənin istifadəçiləri BGCOLOR atributu ilə verilmiş fonun rəngini görürlər. Ona görə də fon üçün elə rəng seçilir ki, fondakı rəsmin əsas tonu ilə eyni olsun.
Mətnin yaxşı oxunması üçün fonun və mətnin rənginin təzadlı olması lazımdır; məsələn, “tünd fon - açıq mətn” və ya “açıq fon - tünd mətn”.
ADDIM -ADDIM 2
Veb-səhifənin rəng sxeminin təyin olunması