ADDIM -ADDIM 1
"İçərişəhər" veb-səhifəsinin yaradılması
İçərişəhər
“İçərişəhər”, xalq arasında həm də “Qala” və ya, sadəcə, “Qədim şəhər” kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 22.1 hektar sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.
Qoruq ərazisi hələ Tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında yeni dövr başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları - XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi vüsət almış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.
İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksi Azərbaycan memarlığının inciləri hesab edilir. Bunlardan başqa, qoruq ərazisində onlarca tarixi-memarlıq abidələri - məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, hotel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.
1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə YUNESKO-nun “Ümumdünya irsi siyahısı”na daxil edilmişdir. İçərişəhər Azərbaycandan bu siyahıya daxil edilmiş ilk obyektdir.