ARAŞDIRAQ — öyrənək
- "Hipermətn" termininin yaradıcısı Ted Nelsonun HTML haqqında fikirləri kəskin mənfidir. Bu fikirlərin nədən ibarət olduğunu araşdırın.
- İki sütundan ibarət cədvəl hazırlayın və bu dərsdə istifadə olunmuş bütün teqlərin adlarını cədvəlin birinci sütununa yazın. İkinci sütunun xanalarında isə uyğun teqin təsvirini göstərin.
Özünüzü yoxlayın
- HTML-sənəd məntiqi olaraq hansı hissələrdən ibarətdir?
- Teq nədir? Teqin açan və ya qapadan olduğunu necə bilmək olar?
- <HTML> və </BODY> teqləri nəyi bildirir?
- Üfüqi cizgi çəkmək üçün teq hansıdır?
- Nömrələnmiş siyahı yaratmaq üçün hansı teqdən istifadə olunur?