HTML dili baxımından hipermətn xüsusi nişanlama kodları olan mətndir. Adətən, "nişanlama kodu" əvəzinə "teq" terminindən istifadə olunur. Teqlər mətnin brauzerdə əksolunma qaydasını müəyyənləşdirən göstərişlərdir. Teq həmişə açan künc mötərizə (< işarəsi) ilə başlayır və bağlayan künc mötərizə (> işarəsi) ilə bitir. Teqin yazılışında böyük və kiçik hərflərin fərqi yoxdur, yəni <body>, <boDy> və ya <BODY> eyni teqlərdir.
HTML dilinin köməyi ilə uzantısı . html, yaxud . htm olan mətn faylı yaradılır. Belə fayla HTML-fayl deyilir. Aşağıdakı şəkildə veb-səhifə və ona uyğun HTML-fayl göstərilmişdir.