Sayt hansı bölmələrdən, xidmətlərdən ibarət olacaq? Bu və digər suallara texniki tapşırıqda cavab verilir. Texniki tapşırıq layihənin ətraflı təsvir olunduğu sənəddir.
ARAŞDIRAQ — öyrənək
Əslində, HTML dili proqramlaşdırma dili deyil, ona görə də bu dildə işləyən şəxsi proqramçı (programmer) deyil, dizayner (designer), yaxud gəlişdirici (developer) adlandırmaq daha doğru olardı.
Veb-səhifələrin, daha dəqiqi, veb-saytların işlənib hazırlanması ilə proqramlaşdırmanın veb-proqramlaşdırma adlanan istiqaməti məşğul olur. Veb-texnologiyalarla işləmək üçün xüsusi veb-proqramlaşdırma dilləri vardır.
Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə eyni cür əks etdirmir. Onların görünüşü şriftlərə, rənglərə, ölçülərə və başqa parametrlərə görə fərqlənir. Buna görə də HTML-sənədə fiziki deyil, məntiqi sənəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin görünüşü ona baxılan proqramdan və kompüterin sinfindən asılı olaraq dəyişir.