- Dizaynın hazırlanması. Dizayner texniki tapşırıqda irəli sürülmüş ideyaları
səhifələrin eskizləri şəklində gerçəkləşdirir. Sifarişçiyə gələcək saytın bir neçə
(adətən, üç) dizayn variantı təqdim olunur.
- Səhifələrin maketlərinin qurulması. Dizayn-maket əsasında HTML dilində
şablon səhifələrin maketi yaradılır.
-
Servislərin proqramlaşdırılması. Statik mətn və qrafik informasiya ilə yanaşı,
saytda müxtəlif interaktiv servislər - istifadəçilərin qeydiyyatı üçün formalar,
qonaq kitabları və başqa formalar ola bilər. Onların yaradılması ilə proqramçı
məşğul olur.
- Saytın nəşri və onun informasiya ilə doldurulması. Bu mərhələdə yaradılmış
karkas
uzaq serverə köçürülür və sayta mətnlər daxil edilməyə başlanılır. Bunun üçün professional saytlar
məzmunun idarəolunma sistemləri ilə təchiz olunur. Bu sistemlərin köməyi ilə HTML dilində
heç nə bilməyənlər də sayta informasiya əlavə edə bilir.
- Layihənin müşayiət olunması. Hər bir sayt təbliğ olunmalıdır, yəni onun
populyarlığı yüksəldilməlidir. Bu, birdəfəlik deyil, planlı iş olmalıdır. Burada sayta daxil
olanların sayı izlənilir, onların sayt haqqında fikirləri toplanılır, məzmuna dəyişikliklər edilir,
yeni informasiyalar daxil olunur.
Sual oluna bilər: Ümumiyyətlə, sayt nəyə gərəkdir və o nə üçün yaradılır?
Səbəblər müxtəlif ola bilər.
- Bəzi şirkətlər internetə qazanc mənbəyi kimi baxır. Bu gəlir malların, xidmətlərin satışından və
reklamlardan əldə oluna bilər.
- Bir çox şirkətlər İnternet-layihələrə öz mal və xidmətlərinin reklam olunmasının bir elementi kimi
baxır. Onlar gəliri dolayısı ilə əldə etməyi planlaşdırırlar. Belə ki, onlar hesab edirlər ki,
insanlar sayta daxil olmaqla zəruri informasiyanı alacaq, bundan sonra birbaşa şirkətə müraciət
edərək sifarişlərini verəcəklər.
- Bəzi İnternet-layihələrin yaradılmasında, ümumiyyətlə, heç bir gəlir qazanmaq məqsədi güdülmür
(məsələn: hər hansı futbol klubunun fanatlarının saytı).
Bəs layihə nə haqqında olacaq? Onun yaradılmasında məqsəd nədir? Layihə kimlər
üçün nəzərdə tutulub? Bu mövzuda hansı saytlar fəaliyyət göstərir? Saytda hansı materialların
yerləşdirilməsi planlaşdırılır?