5.1 VEB-PROQRAMLAŞDIRMA NƏDİR
- Veb nə deməkdir?
- Sizcə, veb-proqramlaşdırma dedikdə nə nəzərdə tutulur?
Bildiyiniz kimi, internetin çoxsaylı xidmətləri var və onlardan ən məşhuru WWW (World
Wide Web - “Dünya hörümçək toru”) xidmətidir. Bu xidməti hipermətnə əsaslanan paylanmış
informasiya sistemi kimi təyin etmək olar; burada "paylanmış" sözü onu bildirir ki,
veb-brauzerinizin əks etdirdiyi verilənlər qonşu kompüterdən də götürülə bilər, dünyanın o biri
başındakı serverdə də yerləşə bilər; məsələn, bir serverdə yerləşdirilmiş veb-səhifədə tamamilə
başqa serverdə saxlanılan qrafik faylın dəqiq ünvanını göstərməklə ona istinad vermək olar və həmin
qrafik görüntü verilmiş veb-səhifədə əks etdirilə bilər.
FƏALİYYƏT
- Brauzerinizdə www.icherisheher.gov.az ünvanına daxil olun və baş səhifədə
düyməsini tapıb çıqqıldadın. Brauzerin yeni səhifəsi və orada YUNESKO-nun
saytı açılacaq. Bu saytın ünvanını brauzerin ünvan zolağından köçürün.
- Brauzerin başqa səhifəsində www.speedguide.net/ip/ səhifəsini açın və Search IP
address or hostname sahəsinə www.icherisheher.gov.az daxil edərək uyğun
saytın olduğu serverin harada yerləşdiyini öyrənin.
- Search İP address or hostname sahəsinə YUNESKO-nun saytının ünvanını
(en.unesco.org) daxil edərək həmin saytın olduğu serverin harada
yerləşdiyini öyrənin.
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin saytı ilə ondan istinad edilən
YUNESKO-nun saytı eyni serverdəmi yerləşir?
- Sizcə, nə üçün bəzi yerli şirkətlər öz saytlarını başqa ölkələrdəki serverlərdə
yerləşdirir?