İnternetə kommutasiyalı modem vasitəsilə bağlanmaq yuxarıdakı alqoritmdəki kimidir. Sadəcə, 5-ci addımda Broadband (PPPoE) variantının əvəzinə Dial-up variantını seçmək lazımdır.
ARAŞDIRAQ — öyrənək
Ölkəmizdə İnternetdən istifadənin vəziyyəti ilə bağlı məlumat toplayın və qısa hesabat hazırlayın. Hesabatda aşağıdakı suallara və lazım bildiyiniz başqa suallara cavab verməyə çalışın:
Əhalinin neçə faizi İnternetdən istifadə edir? Daha çox istifadəçi faizi əhalinin hansı yaş qrupuna aiddir? Məktəb yaşlı uşaqların arasında istifadə səviyyəsi necədir? Genişzolaqlı bağlantı vasitəsilə İnternetə qoşulanlar nə qədərdir? Hansı bölgələrdə hələ də kommutasiyalı bağlantıdan istifadə olunur?