Onların başlıca üstünlüyü konkret iş yerinə "bağlanıb qalmadan" müxtəlif mobil qurğular (noutbuklar, cib kompüterləri, "smartfonlar" və s.) vasitəsilə İnternetdə işləmək imkanının olmasıdır. Bu gün İnternetə belə çıxış imkanı "Wi-Fi zonası" adı altında hava limanlarında, restoranlarda, kafelərdə və başqa ictimai yerlərdə gerçəkləşdirilib; getdikcə daha çox təhsil müəssisəsi, iri təşkilatlar öz əməkdaşları üçün belə imkanlar yaradırlar.
Bəs telefon və ya kabel televiziyası şəbəkəsinin olmadığı uzaq yaşayış məntəqələrində İnternetə necə bağlanmalı? Təbii ki, belə yerlərdə uyğun xidməti göstərəcək provayder haqqında heç danışmağına dəyməz. Belə hallarda, adətən, başqa bir rabitə növündən - peyk rabitəsindən istifadə olunur. Burada işləmək üçün yalnız bunlar tələb olunur: antenanı quraşdırmaq üçün yer, peykə birbaşa görünüş və elektrik enerjisi ilə təchizat mənbəyi.
Verilənlərin peyk vasitəsilə mübadiləsinin iki üsulu vardır:
ARAŞDIRAQ — öyrənək
3G, 4G və 5G texnologiyaları barədə məlumat toplayın. Onların fərqli cəhətlərini araşdırın. Ölkəmizdə bu texnologiyalar nə vaxtdan tətbiq olunur?