İndi printer ümumi istifadəyə açıq olmanı bildirən kiçik simgə ilə işarələnəcək.
ARAŞDIRAQ —öyrənək
Verilmiş şəbəkələri müqayisə edin. Onlar lokal şəbəkələrin hansı növünə aiddir? Hər
şəbəkədə printerdən birgə istifadə necə həyata keçirilib? Sizcə, bu şəbəkələrdən hansı daha
effektlidir?
Özünüzü yoxlayın
İdarəetmə panelini açmaq üçün nə etmək lazımdır?
Şəbəkəyə qoşulmuş kompüterinizin hansı qurğularını başqa istifadəçilərlə paylaşmaq olar?
Printeri şəbəkədə birgə istifadəyə necə açmaq olar?
Əgər kompüterlər binanın müxtəlif mərtəbələrində yerləşirsə, onlar eyni bir printerdən istifadə edə
bilərmi?
Daha hansı qurğulardan şəbəkədə birgə istifadə etmək olar?
Resurslardan birgə istifadənin hansı üstünlükləri var? Sizcə, bunun mənfi cəhətləri də varmı?