- Open (Aç) sahəsinə sysdm.cpl komandasını daxil edin və OK düyməsini
çıqqıldadın. System Properties (Sistemin özəllikləri) pəncərəsi açılacaq.
- Workgroup (İşçi qrup) sahəsində kompüterinizin daxil olduğu işçi qrupun adı - WORKGROUP
göstərilib. Qrupun adını dəyişmək üçün Change (Dəyişdir) düyməsini çıqqıldadın və yeni adı
daxil edin (bu zaman yalnız ingilis əlifbasının hərflərindən istifadə edin). Unutmayın ki,
işçi qrupun adı şəbəkəyə qoşulacaq bütün kompüterlərdə eyni olmalıdır.
- Control Panel (İdarəetmə paneli) pəncərəsini açın.