Əvvəllər bu məsələlər qismən riyaziyyatda, dilçilikdə, elektronikada və başqa elmlərdə öyrənilirdi. Kompüterlər meydana çıxdıqdan sonra aydın oldu ki, bu istiqamətlərin hamısı bir-biri ilə sıx bağlıdır və getdikcə elmi fəaliyyətin yeni istiqaməti formalaşmağa başladı. İnformatikanın formalaşması prosesi bu gün də davam edir və onun əhatə etdiyi məsələlərin dairəsi gələcəkdə dəyişə bilər.
ARAŞDIRAQ — öyrənək
Cədvəldə 2011-2016-cı illərdə respublikanın ali məktəblərinə bütün ixtisaslara tələbə qəbulu üzrə plan yerlərinin sayı, həmçinin informatika ilə bağlı ixtisaslar üzrə ümumi qəbul planı verilmişdir. Cədvələ əsasən tapşırıqları yerinə yetirin:
Göstərici | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
Ali məktəblərə tələbə qəbulu planı | 31419 | 34098 | 36537 | 37841 | 38914 | 41736 |
Ali məktəblərin İKT ixtisasları üzrə qəbul planı | 2719 | 2765 | 3589 | 3130 | 3375 | 3624 |
İKT ixtisaslarının ümumi qəbulda payı (%-lə) |