Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. Həmin ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir. Ölkəmizdə ilk sayt 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmışdır (www.ab.az).
2. Verilənlərin ötürülmə mühitinə görə: naqilli (simli) və naqilsiz (simsiz). Naqilli mühit olaraq mis koaksial kabeldən, sarınmış cütlük kabelindən, optik lif kabelindən, naqilsiz mühit olaraq isə radio- siqnallardan, mikrodalğalardan, peyk rabitəsi vasitələrindən istifadə olunur.
3. Verilənlərin ötürülmə sürətinə görə: aşağı-sürətli (10 Mbit/san-dək), ortasürətli (100 Mbit/san- dək) və yüksəksürətli (100 Mbit/san-dən yuxarı).
4. Şəbəkədəki kompüterlərin rollarına görə: "tay-tuşlar" (eynisəviyyəli) və "müştəri-qulluqçu" (müştəri-server).
ARAŞDIRAQ — öyrənək
Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) haqqında informasiya toplayın və onun əsasında sənəd hazırlayın. Sənəddə şəbəkənin hansı təhsil müəssisələrini əhatə etməsi, müəssisələrin ümumi sayı, məktəbinizin həmin şəbəkəyə qoşulub-qoşulmaması haqqında suallara cavab verin.