Beləliklə, kompüter şəbəkələri bir çox cəhətdən faydalıdır:
1957-ci ildə ABŞ Müdafiə Nazirliyi müharibə şəraitində informasiyanın etibarlı ötürülməsi sisteminin qurulmasını və bu məqsədlə kompüter şəbəkəsinin yaradılmasını zəruri hesab etdi.
Belə bir şəbəkənin işlənib hazırlanması Los- Ancelesdəki Kaliforniya Universiteti, Stenford Tədqiqat Mərkəzi, Yuta Universiteti və Santa-Barbaradakı Kaliforniya ştatı Universitetinə tapşırıldı. Göstərilən elmi müəssisələri birləşdirən və ARPANET adlandırılan şəbəkə 1969-cu ildə quruldu. Həmin ilin 29 oktyabr tarixində ARPANET şəbəkəsinin bir-birindən 640 km məsafədə yerləşən ilk iki bəndi - Los-Ancelesdəki Kaliforniya Universiteti və Stenford Tədqiqat Mərkəzi arasında ilk məlumat mübadiləsi həyata keçirildi.
Bu tarix (29 oktyabr 1969-cu il) dünyada ilk kompüter şəbəkəsinin, eləcə də İnternetin yaranma günü hesab edilir.
Kompüter şəbəkələrinin bir neçə növü mövcuddur ki, onları da müxtəlif cür təsnif etmək olar.
1. Miqyasına, yəni bəndlər arasındakı məsafəyə görə: yerli (lokal), regional və genişmiqyaslı (qlobal).
Lokal şəbəkə bir-biriylə birləşdirilmiş və adətən, bir qurum və ya bir bina çərçivəsində yerləşmiş kompüterlər qrupudur.