ADDIM -ADDIM 2
Hesabatın redaktə olunması
- Siçanın göstəricisini proqram pəncərəsinin sol hissəsindəki All Tables panelində redaktə edəcəyiniz hesabat faylının üzərinə aparın və sağ düyməni çıqqıldadın.
- Açılan siyahıdan konstruktor rejimini (Design Vİew) seçin. Hesabat forması həmin rejimdə açılacaq. Eyni zamanda Access-in baş pəncərəsində formatlama alətləri zolağı yaranacaq.
- Hesabat blankında hesabatın bölümlərini tapın: hesabatın başlığı (Report Header), səhifənin başlığı, yaxud yuxarı kolontitul (Page Header), qrupun başlığı (QitəninKodu Header), verilənlər bölümü (Detail), səhifənin sonluğu, yaxud aşağı kolontitul (Page Footer), hesabatın sonluğu (Report Footer).
- Hesabatın obyektlərini - yarlıqları (Label) və mətn bokslarını (Text Box) tapın. Onların xarici görünüşünü fərqləndirmək üçün müxtəlif şriftlərdən istifadə olunur. Alətlər zolağında hesabatın bütün obyektlərini açıb baxmaq olar.
- Hesabatda avtomatik olaraq hesablanan obyektləri - tarix və səhifənin nömrəsi sahələrini tapın. Onlar səhifə sonluğunda yerləşib.
- Blankda qrafik obyektləri - hesabatın bölümlərini bir-birindən ayıran xətləri tapın. Onları da redaktə etmək olar.
Hesabatın obyektlərinin redaktəsi formanın obyektlərinin redaktəsi kimidir.