ADDIM -ADDIM 1
Hesabatın yaradılması
- "Map" verilənlər bazasını açın.
- Create menyusunu açın.
- Alətlər zolağında Report Wizard düyməsini çıqqıldatmaqla hesabatın sehrbaz vasitəsilə yaradılması rejimini başladın.
- Tables/Queries siyahısından "Qitələr" cədvəlini seçin. Available Fields siyahısında "Qitələr" cədvəlinin sahələri əks olunacaq. Bu siyahıdan QitəninAdı sahəsini seçin və düyməsini çıqqıldadın. Seçilmiş sahə Selected Fields siyahısına əlavə olunacaq.
- Eyni qayda ilə "Ölkələr" cədvəlindən ÖlkəninAdı, DövlətQuruluşu və PulVahidi sahələrini seçib Selected Fields siyahısına əlavə edin. Next düyməsini çıqqıldatmaqla növbəti addıma keçin.
- Verilənlərin təqdimolunma şəklini seçin. İlkin olaraq (susqunluqla) sizə qitələr üzrə qruplaşdırma şəkli təklif ediləcək. O biri cür - ölkələr üzrə görünüş növünün necə görünəcəyinə baxın. Qoyulan tapşırığa uyğun olan növü seçin. Növbəti addıma keçin.