Əgər sahədə təkrarlanan qiymətlər varsa, çeşidləmə zamanı yazılar eyni qiymətlərin olduğu qruplara bölünür; məsələn, Cins sahəsinə görə çeşidləmə aparılarsa, onda bütün yazılar iki böyük qrupa - kişilər və qadınlar qrupuna ayrılacaq. Belə növ çeşidləməyə yazıların qruplaşdırılması deyilir.
Access proqramında verilənlərin çeşidlənməsi texnologiyası çox sadədir: çeşidləmək lazım olan sahə çıqqıldadılır və Sort komandası seçilir.
ADDIM -ADDIM 2
Cədvəldə verilənlərin çeşidlənməsi
Artma sırası ilə çeşidləmə zamanı verilənlər aşağıdakı qaydada düzülür:
Diqqət! | MS Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar. Hər bir yeni çeşidləmə əvvəlkinin nəticəsini ləğv edir. |
Bəzən yazıları eyni zamanda bir neçə sahəyə görə çeşidləmək lazım gəlir. Buna o zaman ehtiyac yaranır ki, bəzi sahələrdə eyni qiymətlər olur; məsələn, respublika üzrə "Şagirdlər" cədvəlində hər hansı məktəbdən olan bir şagirdi tapmaq üçün öncə şagirdləri məktəblər üzrə qruplaşdırmaq və sonra hər bir qrupu əlifba üzrə sıralamaq gərəkdir. Bu halda süzgəc, yaxud sorğu alətindən istifadə edilməlidir.
Diqqət! | Çeşidləmə nəticəsində cədvəldəki informasiyalar məntiqi olaraq yenidən təşkil edilsə də, yenə bütün cədvəllə işlənilir. Ancaq bizə yalnız müəyyən şərti ödəyən yazılar lazımdırsa, köməyə süzgəc komandası çatır. |