Məsələn, ‘19091985’ hər hansı malın kodu da ola bilər, kiminsə doğum günü də (19 sentyabr 1985) - onun nəyə aid olduğunu bildikdə o bizim üçün informasiyaya çevrilir.
İnformasiya o zaman biliyə çevrilir ki, biz onunla manipulyasiya apara bilmək üçün qayda, yaxud qaydalar toplusundan istifadə edirik.
Məsələn, 19091985 sətrinin kiminsə doğum günü (19 sentyabr 1985) olduğunu bilirsinizsə, siz nəticə çıxara bilərsiniz ki, həmin adamın yaşı 18-i ötüb və o, seçkilərdə iştirak edə bilər. Burada siz “18 yaşından yuxarı vətəndaşlar seçkilərdə iştirak edə bilər” qaydasından istifadə edərək informasiyadan bilik əldə etdiniz.
İnsan informasiyanı öz duyğu orqanları - gözləri, qulaqları, ağzı, burnu və dərisi vasitəsilə alır. Ona görə də aldığımız informasiyanı aşağıdakı növlərə ayırmaq olar:
Bəzən əzələlər vasitəsilə alınan informasiyanı ayrıca növ kimi qeyd edirlər. İnsanın bədən hissələri hərəkət etdikdə əzələlər və oynaqlardan beyinə impulslar daxil olur. Bəzi canlılar Yerin maqnit sahəsini hiss edir və bunun əsasında öz hərəkət istiqamətlərini müəyyənləşdirirlər.
İnformasiya obyektləri ikili təbiətə malikdir. Bir tərəfdən o, maddidir, çünki informasiya maddi dünyanın obyektləri və hadisələri haqqında bilgi verir. Başqa tərəfdən isə onlar insan təfəkkürünün xüsusiyyətləri ilə bağlı olan məntiqi (qeyri-maddi ) təbiətə malikdir, çünki eyni bir informasiya obyektini müxtəlif insanlar müxtəlif cür qəbul edə bilər. İnsanın aldığı informasiya onun əvvəlki həyat təcrübəsindən və ilkin biliklərindən, informasiya alarkən istifadə etdiyi alət və vasitələrdən asılı olur; məsələn: 7 × 9 = 63 olması sizin biliklərinizi artırmayacaq, ancaq vurma cədvəlini öyrənən üçün yeni informasiya olacaq.
7 × 9 = 63
İnformasiya ilə baş verən dəyişikliklər informasiya prosesləri adlanır. Bu proseslər nəticəsində informasiyanın məzmunu və ya təqdimedilmə forması dəyişir.