Bu məqsədlə Access proqramında bir neçə komanda nəzərdə tutulub: arama (Find), çeşidləmə (Sort), süzmə (Filter). Find, Sort və Filter komandalarının köməyi ilə sadə suallara cavab almaq olur. Mürəkkəb suallara cavab almaq üçünsə sorğulardan istifadə edilir.
Arama aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə uyğun gələn məlumatları tapmağa imkan verir. Find komandası istər cədvəl, istərsə də forma rejimində işləyir.
ADDIM -ADDIM 1
Verilmiş qiymətə görə yazının tapılması
Adətən, verilənlər bazasında on minlərlə, yüz minlərlə yazı olur. Çox zaman onları nizamlamağa, yəni müəyyən ardıcıllıqla düzməyə ehtiyac yaranır. Verilənlər bazasında yazıların hər hansı əlamətlərə görə nizamlanmasına çeşidləmə deyilir. Çeşidləmə verilənlərə tez və səmərəli baxmağa imkan verir. İki növ çeşidləmə mövcuddur: artma sırası ilə çeşidləmə və azalma sırası ilə çeşidləmə. Ədədi sahələr üçün artma, yaxud azalma qiymətə görə, mətn sahələri üçünsə əlifbaya görə sıralamadır. Cədvəldə verilənlərin çeşidlənməsi hər hansı sahəyə görə aparılır. MS Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar.