ADDIM -ADDIM 3
Verilənlərin forma vasitəsilə cədvələ daxil edilməsi
- Ölkələr formasını açın.
- Formanın aşağısındakı New (blank) Record düyməsini çıqqıldadın. Yeni yazının daxil edilməsi üçün blank açılacaq.
- Daxiletmə nöqtəsini ÖlkəninAdı sahəsinə keçirmək üçün <Tab> klavişini basın. Siz verilənləri daxil etməyə başlayanda Access proqramı açar sahənin (ÖlkəninKodu) qiymətini təyin edəcək.
- Klaviaturada Azərbaycan yığın. Formanın yuxarısında solda görünən qələm simgəsi sizin verilənləri daxil etdiyinizi bildirir.
- <Tab> klavişini basıb növbəti sahəyə (DövlətQuruluşu) keçin və respublika yazın.
- <Tab> klavişini basıb növbəti sahəyə (PulVahidi ) keçin və manat yazın.
- Qalan sahələrin qiymətlərini aşağıdakı kimi daxil edin:
ÖlkəninSahəsi
QitəninKodu
İnternetÜnvanı
- <Enter> (yaxud <Tab>) klavişini basın. Yeni yazını daxil etmək üçün blank açılacaq.
- Eyni qayda ilə Asiya qitəsində yerləşən bir neçə ölkə haqqında məlumatı daxil edin.
- Formanın aşağısında cari yazının nömrəsini göstərən Current Record (Cari yazı) sahəsində 3 yazın və <Enter> klavişini basın. Üçüncü yazıda olan verilənlər görünəcək.
- Əgər hər hansı sahə doldurulmayıbsa, yaxud yanlışlıq varsa, həmin sahəni doldurun (redaktə edin).
- Formanı qapadın.
- "Ölkələr" cədvəlini açın. Formadan yeni daxil etdiyiniz yazıların cədvələ əlavə olunduğunu görəcəksiniz.
- İşin sonunda cədvəli, sonra isə Access proqramını qapadın.