ADDIM -ADDIM 1
"Qitələr” cədvəli üçün formanın yaradılması
- "Map" verilənlər bazası faylını qoşa çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi açılacaq.
- Create (Yarat) menyusunu açın.
- Blank Form (Boş forma) düyməsini çıqqıldadın. Yeni pəncərə açılacaq. Sağ tərəfdə bazada mövcud olan cədvəllərin adları əks olunacaq.
- "Qitələr" cədvəlinin önündəki "+" işarəsini çıqqıldadın. Cədvəlin sahələri əks olunacaq.
- Siçanın sol düyməsini basılı saxlamaqla bütün sahələri bir-bir formanın boş sahəsinə keçirin.
- Alətlər zolağındakı AutoFormat düyməsini çıqqıldadın. Formanın xarici görünüşünü dəyişmək üçün çeşidli üslublar təklif olunacaq.
- Bu üslubları bir-bir seçin və Form1 formasının tərtibatının necə dəyişdiyini izləyin. Xoşunuza gələn üslublardan birinə üstünlük verin və növbəti addıma keçin.