2015-2016 tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində Əhməd Əliyev adında 65 şagird təhsil alıb. Bu şagirdlərdən 6-sının 2017-2018 tədris ilində 10-cu sinifdə oxuyacağı gözlənilir.
FƏALİYYƏT
ARAŞDIRAQ — öyrənək
"Şagirdlər" adlı yeni verilənlər bazası yaradın. Cədvəlin strukturuna vacib bildiyiniz sahələri əlavə edin. Məktəbinizin şagirdləri arasında hansı adın daha geniş yayıldığını öyrənin. (Bunun üçün məktəbinizin məlumat bazasına cavabdeh olan şəxsə müraciət edə bilərsiniz.) Həmin adlı şagirdləri "Şagirdlər" bazasına daxil edin. Müxtəlif meyarlar (məsələn: 10-cu sinifdə oxuyan şagirdlər) üzrə sorğular yaradın və onları çalışdırmaqla alınan nəticələri yoxlayın.