3.6 SORĞULAR
FƏALİYYƏT
Verilənlər bazasında verilənlərə müraciət etmək üçün, adətən, sorğulardan (ingiliscə: query ) istifadə olunur. Sorğularla işləmək rahatdır, sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.
Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər bir sorğu cədvəldə saxlanılan informasiyanın bir hissəsini - yalnız ona lazım olan hissəsini seçib götürür. Sorğu nəticəsində ilkin verilənlər bazasının əsasında yekunlaşdırıcı cədvəl yaradılır. Bu cədvəldə yalnız sorğuya uyğun verilənlər toplanır.
Sorğular xüsusi qaydalara uyğun yazılır. Bu qaydaların toplusuna sorğu dili (ingiliscə: query language ) deyilir. Ayrı-ayrı sistemlərin sorğu dili fərqli ola bilər, ancaq onların əsasında, adətən, eyni ümumi prinsiplər dayanır. Bir neçə misala baxaq.