Bu isə o qədər də əlverişli deyil, çünki bu zaman səhv etmək ehtimalı var.
Hər hansı yazını cədvəldən uzaqlaşdırmaq üçün öncə həmin yazı seçdirilməlidir. Yazını seçdirməkdən ötrü hər bir sətrin sol küncündəki yazı seçicisini çıqqıldadın. Birdəfəyə bir neçə yazını seçdirməkdən ötrü <Shift> klavişindən istifadə edin, yəni seçdirmək istədiyiniz növbəti yazının yazı seçicisini çıqqıldatmazdan öncə <Shift> klavişini basıb saxlayın.
Yazı(lar) seçdirildikdən sonra verilənləri silmək (uzaqlaşdırmaq) üçün <Delete> klavişini basın, yaxud sağ çıqqıltı vasitəsilə açılan menyudan Delete Record bəndini seçin. Access seçilmiş yazıların uzaqlaşdırılacağı haqqında xəbərdarlıq edəcək.
Diqqət! | Yadda saxlayın ki, uzaqlaşdırdığınız yazıları Undo komandası vasitəsilə geri qaytara bilməzsiniz! |
FƏALİYYƏT
"Yazıçılar" və "Bədii əsərlər" cədvəllərindən ibarət verilənlər bazası yaradın. Bu cədvəlləri bir-biri ilə əlaqələndirmək üçün YazıçınınKodu sahəsindən istifadə edin. Birinci cədvələ yazıçılar, ikinciyə isə həmin yazıçıların bədii əsərləri haqqında məlumat daxil edin.