- Hər hansı “+” işarəsini çıqqıldadın. Əlaqəli "Ölkələr" cədvəlinin sahələri açılacaq. Bu cədvəl hələ doldurulmayıb, ona görə də siz yalnız boş yazı sətrini görəcəksiniz.
- Hər qitəyə (təbii ki, Antarktidadan başqa) aid bir neçə ölkə haqqında məlumat daxil edin. Ölkələr daxil edildikcə hər bir yazının önündə “+” işarəsi yaranacaq ki, bu da "Ölkələr" cədvəli ilə də əlaqəli cədvəl(lər)in olduğunu bildirir.
- Hər hansı ölkənin adının yanındakı “+” işarəsini çıqqıldadın. Əlaqəli "Yaşayış məntəqələri" cədvəlinin sahələri açılacaq.
- Bir neçə yaşayış məntəqəsi haqqında məlumatı daxil edin.
- "Qitələr" cədvəlini qapadın.
- "Ölkələr" cədvəlini açın. Ölkələr haqqında daxil etdiyiniz bütün verilənləri orada görəcəksiniz. Bundan başqa, bu cədvəlin QitəninKodu sahəsində hər bir ölkə üçün avtomatik olaraq uyğun qitənin kodu yazılmış olacaq. Buna səbəb cədvəllər arasında qurulmuş əlaqədir.
- "Yaşayış məntəqələri" cədvəlini açın. Orada daxil etdiyiniz şəhərlər haqqında bütün verilənləri görəcəksiniz. Bundan başqa, bu cədvəlin ÖlkəninKodu sahəsində hər bir yaşayış məntəqəsi üçün avtomatik olaraq uyğun ölkənin kodu yazılmış olacaq.
Verilənləri hər bir cədvələ ayrı-ayrılıqda da daxil etmək olar. Bunun üçün aşağıdakı qaydaya əməl etmək lazımdır. Öncə verilənlər aparıcı cədvələ, bundan sonra asılı cədvələ daxil edilməlidir. Ancaq verilənləri ayrıca cədvələ daxil etdikdə əlaqəli sahəyə (ÖlkəninKodu, yaxud QitəninKodu) “əllə” yazmaq lazım gələcək.