Eyni qayda ilə "Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri arasında əlaqə qurun.
Hər şeyi düzgün etdinizsə, aşağıdakı mənzərə alınacaq.
Diqqət!
Aparıcı və asılı cədvəllərin əlaqəli sahələrinin adlarının eyni olması vacib deyil.
Ancaq sahələri əlaqələndirən zaman çaşmamaq üçün belə sahələrə eyni adlar vermək daha
məqsədəuyğundur.
ADDIM -ADDIM 2
Əlaqələrin ləğv edilməsi və bərpası
Relationships pəncərəsini açın.
Siçanın göstəricisini əlaqə xəttinin üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldadın.
Açılan kontekst menyusunda Delete komandasını seçin. Çıxan bildirişə təsdiq cavabından
sonra iki cədvəl arasındakı seçdirilmiş əlaqə “qırılacaq”.
Əvvəlki çalışmada təsvir olunmuş üsuldan istifadə edərək əlaqəni yenidən yaradın.
ADDIM -ADDIM 3
Verilənlərin cədvələ daxil edilməsi
"Qitələr" cədvəlini açın.
Qitələr haqqında məlumatları daxil edin. Hər yazının solundakı “+” işarəsinə diqqət yetirin.
Bu işarə onu göstərir ki, cədvəlin əlaqədə olduğu cədvəl(lər) vardır.