- Relationships səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq.
- Ardıcıl olaraq hər bir cədvəli seçdirin və Add düyməsini çıqqıldadın. Sonda Show Table dialoq pəncərəsini qapadın. Relationships səhifəsində üç kiçik düzbucaqlı pəncərə yaranacaq. Hər pəncərənin başlığında uyğun cədvəlin adını görəcəksiniz.
- Cədvəllər arasında əlaqə yaratmaq üçün göstəricini "Qitələr" cədvəlinin QitəninKodu açar sahəsinin üzərinə aparın, siçanın düyməsini basın və onu "Ölkələr" cədvəlinin QitəninKodu sahəsinə doğru hərəkət etdirin. Sahənin üzərinə çatdıqda siçanın düyməsini buraxın. Edit Relationships dialoq pəncərəsi açılacaq.
- Bu pəncərədə əlaqəli cədvəllərin və əlaqələrin təmin olunduğu sahələrin adları verilib. Solda aparıcı cədvəl, sağda isə asılı cədvəl göstərilir. Pəncərənin aşağı hissəsində cədvəllərarası əlaqənin (münasibətin) tipi verilib (“One-To-Many” - “Birin çoxa”).
- Öncə Enforce Referential Integrity (Verilənlərin tamlığının təmin edilməsi), sonra isə Cascade Update Related Fields (Əlaqəli sahələrin ard-arda yenilənməsi) və Cascade Delete Related Records (Əlaqəli sahələrin ard-arda uzaqlaşdırılması) yoxlama sahələrini qeyd edin.