ADDIM —ADDIM 2
Cədvəlin xassələrinin dəyişdirilməsi
- "Qitələr" cədvəlini konstruktor rejimində açın.
- QitəninAdı sahəsini çıqqıldatmaqla onu aktivləşdirin.
- Sahənin xassələri (Field Properties) bölümündəki General (Ümumi) səhifəsində Field Size (Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal uzunluğu - 255 qiyməti qoyulub. Həmin qiyməti dəyişərək 15 edin. Bu qiymət ən uzun adı olan qitə üçün (Şimali Amerika) yetərlidir.
- QitəninSahəsi sahəsini çıqqıldadın.
- General səhifəsinin Field Size sətrində bu sahə üçün susqunluqla müəyyən olunmuş ədəd tipi - Long Integer (Uzun tam) göstərilib. Soraq kitabçalarında sahə, adətən, yuvarlaq şəkildə, tam ədədlə (kvadrat kilometr, yaxud min kvadrat kilometrlə) verilir. Əslində isə sahə həqiqi ədəd olduğundan siyahıdan Decimal (Onluq) tipini seçin.
- Alətlər zolağındakı View (Görünüş) düyməsini çıqqıldadın və açılan siyahıdan Datasheet View bəndini seçməklə cədvəl rejiminə keçin. Ekrana cədvəlin saxlanması haqqında xəbərdarlıq çıxacaq.
- Cədvəl rejimində siz cədvəlin sütunlarının başlıqlarını və yeni yazı daxil etmək üçün nəzərdə tutulmuş boş sətir görəcəksiniz. Boş sətrin birinci sahəsində (New) yazılıb. Bu sahənin qiyməti tam ədəd olaraq artma sırasıyla avtomatik daxil olunur.
- Qitənin adını və sahəsini daxil edin. Sətri doldurmağa başladıqda ondan aşağıda yeni boş sətir yaranır.
- Yenidən konstruktor rejiminə qayıdın (View ⇨ Design View).
- View menyusunun bəndlərini bir-bir seçməklə bir baxış rejimindən başqasına keçin. Cədvəli qapadın.