ARAŞDIRAQ — öyrənək
Eyni qayda ilə "Ölkələr" və "Yaşayış məntəqələri" adlı cədvəlləri yaradın. Verilənlər bazasına yeni boş cədvəl əlavə etmək üçün Create (Yarat) menyusunun Table (Cədvəl) bəndindən istifadə edin. Konstruktor rejimində sahələrin adlarını və onların tiplərini göstərin. Sahələrin tiplərini elə seçin ki, verilənlər tam yerləşsin; məsələn, "Ölkələr" və "Yaşayış məntəqələri" cədvəlləri üçün sahələrin ölçüsünü belə təyin etmək olar:
"Ölkələr" cədvəli
Sahənin adı | Sahənin ölçüsü |
ÖlkəninAdı DövlətQuruluşu PulVahidi ÖlkəninSahəsi |
20 20 10 Decimal |
"Yaşayış məntəqələri" cədvəli
Sahənin adı | Sahənin ölçüsü |
MəntəqəninAdı CoğrafiEnlik Coğrafi Uzunluq MəntəqəninTipi Əhalisi |
20 Decimal Decimal 10 Decimal |