ADDIM -ADDIM 1
"Qitələr" cədvəlinin yaradılması
- Microsoft Access 2007 proqramını başladın.
- "Map" adlı boş verilənlər bazası faylını yaradın. Proqramın baş pəncərəsi cədvəl rejimində (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olunacaq.
- Cədvəlin strukturunu yaratmaq üçün View (Görünüş) düyməsini çıqqıldadın və konstruktor rejimini (Design View) seçin.
- Save as (... kimi saxla) dialoq pəncərəsi açılacaq. Table Name (Cədvəlin adı) sahəsinə Qitələr adını yazın və OK düyməsini çıqqıldadın.
- "Qitələr" cədvəli konstruktor rejimində açılacaq.
- Blankın yuxarı hissəsində Field Name (Sahənin adı) sütununda sahənin adını (QitəninKodu) daxil edin. Qonşu Data Type (Verilənin tipi) sütununda susqunluqla təyin edilmiş AutoNumber (Sayğac) verilən tipini dəyişməyin. Əgər bu sahə haqqında açıqlama vermək istəyirsinizsə, Description (Təsvir) sütununda uyğun qeydlərinizi yazın. <Enter> klavişini basın.
- Access cədvəlin birinci sətrini (QitəninKodu sahəsini) susqunluqla başlıca açar kimi təyin edir. Başlıca açar üçün sahənin Indexed (İndekslənmiş) xassəsinin qiyməti belə təyin olunur: Yes (NO Duplicates), yəni bu sahə indekslənib və onun qiyməti təkrarlana bilməz. Sahənin başlıca açar olmasını Field Name (Sahənin adı) sütununun solundakı boz sütundaki açar simvoluna görə bilmək olar.