Kəfkirli divar saatı geri
qalanda, yaxud “qabağa
qaçanda” onu kəfkirin
uzunluğunu dəyişməklə
tənzimləyirlər.
Kəfkirli saat “qabağa qaçanda” onun
kəfkirinin uzunluğu necə
dəyişdirilməlidir? Bu hadisə hansı fiziki
qanunauyğunluqla izah olunur?
1905-ci ildə Sankt-Peterburq
(Rusiya) şəhərində Fontanka
çayı üzərində salınmış 55 m-lik
“Misir” zəncirli körpüsündən
süvari alayı keçdiyi zaman
körpü dağılmışdır.
Suvari alayının
nizami keçidi zamanı
körpünün dağılması
hansı fiziki hadisə
nəticəsində baş
vermişdir?
Okeanda fırtına
nəticəsində dalğa
uzunluğu 520 m,
rəqs periodu 14
san olan nəhəng
dalğalar yaranır.
Bu dalğalar okeanın
səthi boyunca hansı
sürətlə yayılır?
Sahilə çatan belə
dalğalar insanlara
təhlükə yarada bilərmi?