3.13.
Cismə təsir edən ağırlıq qüvvəsi mənfi iş görürsə, onun kinetik və potensial enerjisi necə dəyişər?
3.14.
Cismə təsir edən ağırlıq qüvvəsi müsbət iş görürsə, onun kinetik və potensial enerjisi necə dəyişər?
3.15.
Daşı 4 m dərinlikli quyudan bərabər sürətlə səthə qaldırdıqda 150 C iş görüldü. Daşın kütləsini təyin edin (g = 10 m/san2, havanın müqaviməti nəzərə alınmır).
3.16.
75 m hündürlükdən 10 m/san sürətlə şaquli aşağı atılan cismin yerə dəymə anında kinetik enerjisi 1600 C olmuşdur. Cismin kütləsini və yerə dəymə anındakı sürətini təyin edin (g =10 m/san2, havanın müqaviməti nəzərə alınmır).
3.17.
Kütləsi 250 q olan cisim 15 m/san sürətlə şaquli yuxarı atıldı. Cismin qalxdığı maksimum hündürlüyü və bu hündürlükdəki potensial enerjisini təyin edin (g = 10 m/san2 havanın müqaviməti nəzərə alınmır).
3.18.
Tapançanın 10 sm sıxılmış yayı açıldıqda 3 q kütləli gülləyə hansı sürət verər? Yayın sərtliyi 100 N/m-dir.
3.19.
Polad kürəcik 20 m/san sürətlə şaquli yuxarı atıldı. Kürəciyin kinetik və potensial enerjilərinin bərabər olduğu hündürlüyü təyin edin (g=10m/san2; havanın müqavimətini nəzərə almayın).