Tətbiqetmə
Məsələ 2. Cisim 10
m/san başlanğıc sürəti ilə şaquli yuxarı atıldı. Bu
cismin
3,2 m hündürlükdə sürəti nə qədər olar (havanın müqaviməti nəzərə alınmır; g = 10 m/san
2)?
Nəticənin müzakirəsi:
● Şaquli yuxarı atılan cisim
h hündürlüyündə hansı enerjiyə malikdir?
● Bu cisim üçün mexaniki enerjinin saxlanması qanunu hansı düsturla ifadə olunar?
● Cismin 3,2 m hündürlükdəki sürətini necə müəyyənləşdirdiniz?
Gündəlik həyatınızla əlaqələndirin:
Şəkildə müəyyən hündürlükdən sərbəst buraxılan cismin
hərəkət trayektoriyasının üç müxtəlif nöqtəsindəki
halı təsvir edilmişdir (
b).
- Cismin bu nöqtələrinin hər birində tam enerjisi nəyə bərabərdir (havanın sürtünməsi
nəzərə alınmır)?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə
qaranlıq
qaldı?
- Hansı şərt daxilində tam mexaniki enerji saxlanılır?
- Hansı şərt daxilində tam enerji saxlanılır?
- Sürtünmə nəticəsində cismin tam mexaniki enerjisinin bir hissəsi hansı növ enerjilərə
çevrilə
bilər?
- Verilən hadisələrdə hansı enerji çevrilmələri baş verir:
a) şəlalədə su kütləsinin düşməsi;
b) kürəciyin mail qoyulmuş “Qaliley novunda” diyirlənməsi.
- Cisim 6,4 m/san sürətlə şaquli yuxarı atıldı. Hansı hündürlükdə cismin kinetik və
potensial enerjiləri bərabər olacaqdır?