3.5
TAM MEXANİKİ ENERJİ. ENERJİNİN SAXLANMASI QANUNU
Azərbaycanın ilk süni kosmik peyki “Azerspace/Africasat-1a” Yer ətrafında müəyyən sürətlə dövr etməklə, demək olar ki, bütün qitələrin radio stansiyaları ilə məlumat mübadiləsi yaradır.
Tam mexaniki enerji. Cisimlər sistemi eyni zamanda həm kinetik, həm də potensial
enerjiyə malik ola
bilir. Məsələn, müəyyən sürətlə uçan təyyarə kinetik enerji ilə yanaşı, eyni zamanda Yerlə qarşılıqlı
təsirdə olduğuna görə həm də potensial enerjiyə malikdir.
● Cisimlər sisteminin kinetik və potensial
enerjilərinin cəmi tam mexaniki enerji adlanır:
ET = Ek + Ep .