Düsturu belə də yazmaq olar:
(3.23)
Göründüyü kimi, elastiklik qüvvəsinin gördüyü iş yayın başlanğıc və son deformasiyalarından
asılıdır. Deməli, həqiqətən, elastiklik qüvvəsi də konservativ qüvvədir.
(3.20) və (3.23) düsturlarının müqayisəsindən görünür ki, kx2
2
ifadəsinə bərabər
olan fiziki kəmiyyət də potensial enerjinin - elastiki deformasiya olunmuş yayın potensial
enerjisinin
ifadəsidir:
● Elastiki deformasiya olunmuş cismin potensial enerjisi - onun sərtliyi və gərilməsinin (və ya
sıxılmasının) kvadratı hasilinin yarısına bərabərdir:
Ep = kx2
2 . (3.24)
2
Yaradıcı tətbiqetmə
Məsələ 2. Kütləsi
m = 2500kq olan helikopter Yer səthindən
h1 = 50
m
hündürlükdədir.
Hansı hündürlükdə onun potensial enerjisi
∆Ep = 750
kC artar?
Məsələ 3. Sərtliyi 300
N
m
olan yay xarici qüvvənin təsiri altında
2 sm sıxıldı. Yayı daha 2 sm sıxmaq üçün xarici qüvvə nə qədər iş görməlidir?
İpucu. Xarici qüvvənin yayı x1 vəziyyətindən x2 vəziyyətinə sıxması üçün gördüyü iş:
A = k
2(x22 - x12).
Gündəlik həyatınızla əlaqələndirin. Şagird 100 q kütləli topu, onu atdığı nöqtədən 3 m
hündürlükdəki eyvana atmaq istədi.
Lakin o, qüvvəsini düzgün tənzimləyə bilmədi: top 7 m hündürlüyə qalxdıqdan sonra eyvana düşdü (
f).
● Bütün trayektoriya boyunca ağırlıq qüvvəsinin gördüyü iş nəyə bərabər olar (g=10 m/san
2)?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- Ağırlıq qüvvəsinin gördüyü iş nəyə bərabərdir?
- Nə üçün ağırlıq qüvvəsi konservativ qüvvədir?
- Hansı halda deyilir ki, cisim potensial enerjiyə malikdir?
- Potensial enerjinin sıfırıncı səviyyəsi nə deməkdir?
- Elastiki deformasiya olunmuş cismin potensial enerjisi nədən asılıdır?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların tərif və izahatlarını iş vərəqinə yazın: “ağırlıq qüvvəsinin işi”,
“potensial enerji”, “potensial enerji haqqında teorem”, “potensial enerji mənfi qiymət alır...”, “potensial
enerji müsbət qiymət alır...” “konservativ qüvvə”, “elastiki deformasiya olunmuş cismin potensial enerjisi”.