Kinetik enerji sürətin modulundan (istiqamətindən yox) və cismin kütləsindən asılıdır. (3.13) düsturunu
(3.12)-da nəzərə alsaq, kinetik enerji haqqında teoremi aşağıdakı kimi ifadə etmək olar.
● Əvəzləyici qüvvənin cisim üzərində gördüyü iş cismin kinetik enerjisinin dəyişməsinə bərabərdir:
A = Ek2 — Ek1 = ΔEk .
(3.14)
Burada Ek1 - cismin kinetik enerjisinin başlanğıc,
Ek2 - isə son qiymətidir. Kinetik enerji skalyar fiziki kəmiyyətdir və o,
işdən fərqli olaraq yalnız müsbət qiymətlər alır və ya sıfıra bərabər olur (başqa növ enerjiyə
çevrilir).
Kinetik enerji haqqında teoremdən görünür ki, kinetik enerjinin də vahidi işin vahidi ilə eyni olub,
BS-də couldur (1C): [Ek] = 1 C.
2
Tətbiqetmə
Məsələ 2. Kütləsi
m olan raket
v sürəti ilə uçur. Yanacağının
yanması nəticəsində kütləsini iki dəfə itirən raketin sürəti iki dəfə artdı, bu zaman raketin
kinetik enerjisi necə dəyişdi?
Məsələ 3.108
km/saat sürətlə hərəkət edən 1000 t kütləli qatarı
dayandırmaq üçün nə qədər iş görülməlidir?
Nəticələrin müzakirəsi:
- Raketin kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir? Bu dəyişməni necə təyin
etdiniz?
- Qatarı dayandırmaq üçün tələb olunan işi hansı düstura əsasən təyin etdiniz? Niyə?
Gündəlik həyatınızla əlaqələndirin:
İki şagird qış tətilində Bakıdan İstanbula təyyarə ilə səyahətə çıxmışdır. Təyyarə Yerdən
8000 m yüksəklikdə uçur. Bu zaman şagirdlərdən biri digərinə deyir: Təyyarə uçur, biz isə
sükunətdəyik - deməli, təyyarənin kinetik enerjisi var, bizim isə kinetik enerjimiz sıfırdır.
İkinci şagird dərhal etiraz edir: Xeyr, sən düz demirsən, biz də kinetik enerjiyə malikik.
- Hansı şagird doğru söyləyir: uçan təyyarədə sükunətdə olan sərnişin kinetik enerjiyə malikdirmi? Cavabınızı əsaslandırın.
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- Kinetik enerji haqqında teoremdən hansı fiziki məna çıxır?
- Kinetik enerji nədən asılıdır?
- Cismin kinetik enerjisi hansı halda sıfıra bərabərdir, hansı halda artır, hansı halda azalır,
hansı halda isə dəyişmir?
- Kinetik enerji hesablama sisteminin seçilməsindən asılıdırmı? Cavabınızı əsaslandırın.
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların tərif və izahatlarını iş vərəqinə yazın: “enerji”, “kinetik enerji”,
“kinetik enerji haqqında teorem”, “kinetik enerjinin dəyişməsi arta, azala və sıfıra bərabər
ola bilir...”,“vatt”.