3.3
SİSTEMİN İŞGÖRMƏ QABİLİYYƏTİ - ENERJİDİR.
KİNETİK ENERJİ
Tüfəng gülləsi və top mərmisi eyni üfüqi sürətlə, eyni yerdəyişmə edərək eyni hədəfə dəyib orada qaldılar.
Enerji - sistemin işgörmə qabiliyyətidir. Öyrəndiniz ki, qapalı sistemdə saxlanma xassəsinə malik fiziki kəmiyyətlərdən biri - sistemin impulsudur. Qapalı sistemdə saxlanma xassəsinə malik mühüm, bəlkə də ən mühüm digər fiziki kəmiyyət enerjidir. Gündəlik həyatımızda, hətta beynəlxalq iqtisadi münasibətlərə aid danışıqlarda da ən çox işlənən və müzakirə olunan anlayış “enerji”dir. Enerjinin müxtəlif növləri, onun bir növdən digərinə çevrilməsinə dair kifayət qədər məlumatınız vardır. Ən maraqlısı isə odur ki, fizika alimləri sistemin enerjisinin hər bir növü üçün ayrıca düstur müəyyənləşdirə bilmişlər. Bu düsturların köməyi ilə aparılan hesablamalar isə hər dəfə qapalı sistemin bütün növ enerjilərinin cəminin dəyişmədiyini - enerjinin saxlandığını təsdiq edir.
Bilirsiniz ki, enerji - cismin işgörmə qabiliyyətidir (bax: Fizika-7). Digər tərəfdən, enerji - cisimlərin hərəkətinin və onlar arasındakı qarşılıqlı təsirin ümumi ölçüsüdür: cismin hərəkəti ilə xarakterizə olunan enerji kinetik enerji, cisimlərin və ya cismin hissələrinin qarşılıqlı təsiri ilə xarakterizə olunan enerji isə potensial enerjidir.
Cismi irəliləmə hərəkəti etdirən əvəzləyici qüvvənin gördüyü iş və kinetik enerji.
Cisim əvəzləyici
qüvvənin təsiri ilə iş görürsə, onun sürətinin modulu v1-dən v2-yə
dəyişir - cisim təcil alır. Sadəlik
üçün fərz edək ki, cisim üfüqə paralel olan sabit əvəzləyici
qüvvəsinin təsiri ilə müsbət iş görür. Bu halda o, a = F
m
təcili ilə bərabəryeyinləşən hərəkət edərək iş görür:
və ya
(3.12)
Sonuncu düsturda kütlə ilə sürət kvadratının hasilinin yarısına bərabər olan fiziki kəmiyyət kinetik enerjini ifadə edir.
● Kinetik enerji - cismin hərəkəti nəticəsində malik olduğu enerjidir.