Bu ifadədən alınır ki, avtomobilin mühərrikinin gücü sabit olduqda avtomobilin sürətinin kiçik
qiymətində dartı qüvvəsi artır (avtomobilin I sürət ötürücüsündə olduğu hal), dartı qüvvəsinin kiçik
qiymətində isə sürət artır (avtomobilin IV və V sürət ötürücüsündə olduğu hal):
F = N
v; v = N
F.
2
Tətbiqetmə
Atletin əzələləri nə qədər iş gördü?
Məsələ 2. Atlet 250 kq kütləli ştanqı 5 san müddətinə yerdən 2 m hündürlüyə
qaldırdı.
Təyin edin:
a) atletin əzələlərinin gördüyü işi (g = 10 m
san2 );
b) atletin bu işi görməyə sərf etdiyi gücün neçə at qüvvəsinə bərabər olduğunu.
Nəticənin müzakirəsi:
● Atletin əzələlərinin gördüyü işi hansı düsturla təyin etdiniz və o neçə coul oldu?
● Atlet bu işi hansı yeyinliklə gördü?
● Atletin gücü neçə a.q. qədərdir?
Gündəlik həyatınızla əlaqələndirin:
Mismarın sirri. Elçin mismarı taxtaya vurduqdan
sonra, işarələdiyi yerdən vurmadığını görüb onu
taxtadan çıxardı.
-
Elçin mismarı taxtaya vurduqda və onu taxtadan
çıxardıqda eyni iş gördümü?
-
Mismarı hansı alətlə çıxarmaq daha asandır: dəstəyi
qısa mismarçıxaranla, yoxsa dəstəyi uzun?
Niyə?
Özünüzü qiymətləndirin:
- Dərsdə hansı anlayışları təkrarladınız? Bu zaman nəyi daha yaxşı başa düşdünüz, nə qaranlıq
qaldı?
- Ağırlıq qüvvəsi hansı halda müsbət iş görür: top şaquli yuxarı atıldıqda, yoxsa müəyyən
hündürlükdən düşdükdə? Cavabınızı əsaslandırın.
- Su səthində üzən topu əlimizlə tutub suya batırdıq, əlimizi çəkdikdə isə o yenidən suyun səthinə
qalxdı. Bu halların hansında topa təsir edən Arximed qüvvəsi müsbət, hansı halda isə mənfi iş
gördü? Nə üçün?
- Verilən gücdə eyni zamanda həm qüvvədə, həm də sürətdə qazanc əldə etmək olarmı? Nə üçün?
NƏ ÖYRƏNDİNİZ?
Qeyd olunan anlayış və müddəaların təriflərini iş vərəqinə yazın: “mexaniki iş”, “coul”, “güc”, “vatt”.