İşin BS-də vahidi couldur (C):
● Coul (1C) — hərəkət istiqamətində təsir edən 1N qüvvənin 1m yerdəyişmədə gördüyü işdir.
Xüsusi hal. Cisim x oxu üzrə hərəkət edirsə, qüvvəsinin gördüyü iş ədədi qiymətcə həmin qüvvənin x oxu üzrə proyeksiyasının (Fx ) x-dan asılılıq qrafiki ilə absis oxu arasında qalan fiqurun sahəsinə bərabərdir (b): A = Sfiqur .
Güc. Görülən işin yeyinliyi güc adlanan fiziki kəmiyyətlə xarakterizə
olunur.
● Güc — görülən işin bu işi görməyə sərf edilən zamana nisbətinə deyilir:
N = A
t . (3.9)
Gücün BS-də vahidi vattdır (Vt):
● Vatt (1Vt) — 1 saniyədə 1C iş görən mexanizmin gücünə deyilir. Güc vahidi olaraq, ilk dəfə 1783-cü ildə ingilis fiziki və ixtiraçısı Ceyms Vatt (1736-1819) at qüvvəsi (a.q.) adlanan vahid təklif etmişdir. Bu vahiddən bəzən indi də istifadə olunur:
Bu düstur əsasında iş vahidi olaraq kilovatt-saatdan da istifadə olunur:
Güc zamana görə dəyişərsə, iş ədədi qiymətcə güc-zaman qrafikinin t oxu ilə əmələ gətirdiyi fiqurun sahəsinə bərabər olur (d): A = Sfiqur .
Güc cismin hərəkət sürəti ilə də əlaqələndirilə bilər, məsələn, düzxətli bərabərsürətli hərəkət edən avtomobilin sürəti sürtünmə qüvvəsinin sabit qiymətində onun mühərrikinin gücündən düz mütənasib asılıdır: