“Su mühərrikli raketin” startı Təchizat: plastik butulka (1 l-lik), su (0,5 l ), mantar tıxac,
futbol
topuna hava vuran iynəli və şlanqlı nasos, dayaq. İşin gedişi.
Butulkaya 1/3 hissəsi qədər su tökün, ağzını tıxacla qapayın, butulkanı oturacağı yuxarı olmaqla
dayaq üzərində elə yerləşdirin ki, o, üfüqlə 40-50° bucaq təşkil etsin.
Tıxacı nasosun iynəsi ilə deşib butulkaya sürətlə hava vurun. Bir neçə dəqiqədən sonra butulkada
“maraqlı” hadisələr baş verir və “raket” böyük sürətlə “səmaya” qalxır (ş.2).
ş.2. “Raket” böyük sürətlə
“səmaya” qalxır
“Raketin” sürət almasına səbəb nədir? Bu sürət hansı düsturla hesablana bilər?