Özünüzü qiymətləndirin:
● Reaktiv hərəkət — cisimdən bir hissəsi ayrılaraq hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət almasıdır. Məsələn, raketlərin hərəkəti reaktiv hərəkət prinsipinə əsaslanır.
Raketin iş prinsipi. Raket örtük və yanacaqdan ibarət qapalı sistemdir. Örtük boru
formasında olub
bir tərəfi qapalı, digər tərəfi açıqdır. Örtüyün açıq tərəfinə yanan yanacaq qazının çıxması üçün
soplo geydirilmişdir. Raket işə salındıqda yanacaq yanaraq yüksək təzyiqli qaza çevrilir. Qazın
təzyiqi yüksək olduğundan raketin soplosundan böyük sürətlə atmosferə atılır, nəticədə raket əks
tərəfə itələnir (ş.1).
İsbat edin ki, raketin örtüyünün sürəti impulsun saxlanması qanununa görə
aşağıdakı düsturla təyin
olunur (hesab edin ki, qazın hamısı raketi eyni zamanda tərk edir):