Mütləq elastiki toqquşma. Mütləq mərkəzi elastiki toqquşmada cisimlərin elastiki deformasiyası baş verir - toqquşma qurtardıqdan sonra deformasiya yox olur. Bilyard və ya polad kürələrin mərkəzi toqquşması mütləq elastiki deformasiyaya misal göstərilə bilər. Belə toqquşmada mexaniki enerji sistemin daxili enerjisinə çevrilmir - sistemin tam mexaniki enerjisi dəyişmir: kürələrin kinetik enerjisi tamamilə və ya qismən elastiki deformasiyanın potensial enerjisinə çevrilir və bu enerji isə, öz növbəsində, yenidən kürələrin kinetik enerjisinə çevrilir. Mütləq elastiki toqquşma üçün impulsun saxlanması qanununun (3.3) ifadəsi ödənilir: iki cismin mütləq elastiki toqquşmadan əvvəlki impulslarının həndəsi cəmi onların toqquşmadan sonrakı impulslarının həndəsi cəminə bərabərdir:
Burada m1, m2 - qapalı sistem təşkil edən kürəciklərin kütləsi; və - bu kürəciklərin toqquşmadan əvvəlki sürətləri, - onların toqquşmadan sonrakı sürətləridir.
Plastiki toqquşma. Plastiki toqquşmada yaranan deformasiya tamamilə saxlanılır. Bu zaman tam mexaniki enerji saxlanmır, onun bir hissəsi sistemin daxili enerjisinə çevrilir. İki cismin plastiki toqquşmasından sonra hər iki cisim bir-birinə “yapışaraq” ya eyni sürətlə hərəkət edir, yaxud da sükunətdə qalır. Beləliklə, qapalı sistem təşkil edən iki cismin plastiki toqquşmasının impulsun saxlanması qanununa əsasən belə yazmaq olar:
(3.6)
Burada - qapalı sistem təşkil edən iki cismin plastiki toqquşmasından sonra birlikdə aldıqları sürətdir. (3.6) ifadəsindən sistemin sürəti təyin edilir:
v = m1v01 - m2v02
m1 + m2.